İlhamə Quliyeva yeni duet ortağı ilə Moskvada
03 dekabr 2014 12:53 (UTC +04:00)

İlhamə Quliyeva yeni duet ortağı ilə Moskvada

Xalq artisti İlhamə Quliyeva Moskvadadır. Lent.az-a açıqlama verən müğənni bildirib ki, klip çəkilişləri ilə əlaqədar Moskvaya gedib. Belə ki, İ.Quliyeva müğənni Nuri Sərinləndirici ilə "Sevgi nağılı" adlı mahnını ifa edib. Onlar mahnıya ekran həyatı vermək üçün Rusiyaya gediblər. Nurinin layihələrinə rəhbərlik edən teleaparıcı Lamiyyə Ələkbərqızı deyib ki, İlhamə Quliyeva ilə Nurinin duet oxuması ideyasının təşəbbüskarı o olub: "Söz və musiqisi Faiq Erola məxsus olan "Sevgi nağılı" mahnısını seçməyənə qədər bir neçə bəstəkarlar öz əsərlərini bizə təqdim etmişdilər. Çox müzakirələrdən sonra komanda olaraq qərar verib bu duetin yazılmasını lazım bildik. Layihəmizin bir başqa özəlliyi də odur ki, duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında səslənir. Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı"na klipi ilə birgə tanıtım edək. İstəyimizə çatdıq. Moskvada böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl şəkildə gerçəkləşdirdilər.



Qeyd edək ki, "Sevgi nağılı" nın təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq. Həmin tədbirə media nümayəndələri ilə yanaşı sənət-dünyasının say-seçmə ulduzları da dəvət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar