Xalq artisti İlhamə Quliyeva Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatı alan həmkarı Brilliant Dadaşovanı müdafiə edir. Lent.az-ın məlumatına görə, “Ans”-in “Adam içində” verilişinə qonaq olan İ.Quliyeva həmkarının ermənilərin rəhbəri olduğu təşkilatdan mükafat almasına bu cür şərh verib: “Mən şəxsən bilsəm ki, mükafatı təsis edən təşkilatın rəhbəri ermənidir, gedib o mükafatı almaram. Amma Brilliant alıb, çox yaxşı da edib. Brilliant hardan bilsin ki, mükafatı erməni verib? Yenə də alıbsa, bu Azərbaycanın uğurudur. Mən Brilliantın həmkarı kimi onu təbrik edirəm. Onu heç kim qınamasın. Biz yalnız təbrik edə bilərik”.
Qeyd edək ki, B.Dadaşovanın aldığı “Big Apple Music Awards” mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.