“Eurovision 2012” təmsilçimiz Səbinə Babayevaya sürpriz edilib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, doğum günündə həyat yoldaşı Cavidan Şərifov ona xüsusi hədiyyə verib: “Ad günümü lap kiçik yaşlarımdan çox sevirəm. Dekabrın 2-i qeyri-adi və sevimli ad günü hədiyyəmi aldım. Bu hədiyyə həyat yoldaşımdan oldu. Bütün məni təbrik edən dostlarıma da “çox sağ ol” deyirəm. Var olun, hamınızı sevirəm. Çox xoşbəxtəm”.