Fatimə maşınına basqın edənlərdən danışdı
19 iyun 2014 19:29 (UTC +04:00)

Fatimə maşınına basqın edənlərdən danışdı

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva bir neçə gün öncə avtomobilinə basqın olunmasından danışıb. Lent.az-ın məlumatına görə, “İctimai” radionun “Şose 90” verilişinə qatılan rəqqasə başına gəlmiş hadisə barədə bu sözləri deyib: “Bir neçə gün öncə tələbələrimlə birgə çəkilişə getmişdim. Elə həmin çəkilişdən çıxanda gördüm ki, avtomobilimə basqın ediblər, çantamı götürüblər. Bu hadisəni törədənlər hələ tutulmayıb. Amma hadisə baş verən ərazidə videokameralar var. İnanıram ki, hadisəni törədənlər qanun qarşısında cavab verəcəklər”.

 

Rəqqasə proqram zamanı avtomobil idarə etməsindən də danışıb: “Əvvəllər maşını sürətlə sürürdüm. Amma son iki ildir yavaş sürürəm. Çünki hazırda sürdüyüm maşından qabaqkı avtomobilim yolun ortasında yanaraq külə dönmüşdü. Həmin hadisədən sonra ehtiyat etməyə başlamışam. Həmdə evdə anam mənə dəfələrlə tapşırıb ki, diqqətli olum. Mən də onun dediklərinə əməl edirəm. Bir də onu deyim ki, mən tez nəzərə gəlirəm. Amma mənə gələn hər zaman maşınıma gəlir. Bu, hardasa yaxşı bir haldır. Allah canıma dəyməsin, qalan hər şey boşdur”

 

Onu da əlavə edək ki,  F. Fataliyevanın avtomobilinə naməlum şəxslər iyunun 16-da  Abdulla Şaiq küçəsində,  “Qorodok” restoranının yanında basqın ediblər. Hadisə günorta saatlarında baş verib.

 

Qeyd edək ki, “İctimai” radioda yayımlanan “Şose 90” verilişinin aparıcıları Kamran Quliyev və Nərgizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39