Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.