Fatimə “ilin rəqqasəsi” oldu
22 mart 2014 14:46 (UTC +04:00)

Fatimə “ilin rəqqasəsi” oldu

Rəqqasə Fatimə Fataliyeva “Show production”ın keçirdiyi müsabiqədə “İlin rəqqasəsi” adına layiq görülməsindən danışıb. “Göyçək” ləqəbi ilə tanınan rəqqasə Lent.az-a bildirib ki, o bu nominasiya ilə illərdir ki, təltif olunur: “Bu mənim ilk mükafatım deyil. Səhnə fəaliyyətim ərzində müxtəlif mükafatlara laiq görülmüşəm. Azərbaycanla yanaşı, bir çox ölkələrdən də mükafatlar almışam. Düşünürəm ki, bu mükafatlar bir sənətçi üçün müəyyən bir stimuldur. Amma mən təltif olunduğum mükafatların əksəriyyətini mediada işıqlandırmamışam. Çünki bu, xarakterimdən uzaq bir şeydir. Məni “İlin rəqqasəsi” adına layiq görülənlərə isə dərin minnətdarlığımı bildirirəm. Diqqətlərinə görə var olsunlar”.

 

Qeyd edək ki, aprelin 3 rəqqasə Fatimənin məşhurlarla birgə çəkdirdiyi klipin təqdimatı olacaq.  Məhz həmin gün F.Fataliyeva doğum günü qeyd edəcək. Gecədə sürpriz qonaqların da iştirakı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar