Bu dəfə hədəf aparıcı Əkbər oldu
03 dekabr 2014 15:11 (UTC +04:00)

Bu dəfə hədəf aparıcı Əkbər oldu

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqramın ulduz rubrikasında qonaq aktyor-aparıcı Əkbər Əlizadədir. "Cristal prodakşn"ın dəstəyi ilə həyata keçirilən layihədə sadə vətəndaşlarla da məzəli zarafatlar edilib. Bütün yaşananlar gizli kameralarla lentə alınıb. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır. 

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar