Müğənni Sevinc Musayeva “Yalvarma” mahnısının klip çəkilişlərinə başlayıb. Müğənni Lent. az-a bildirib ki, mahnının sözləri Minayə xanımın, musiqisi Yunus Oğuzundur. Ekran işinin rejissoru Nazimdir.
Bu barədə Lent. az-a danışan müğənni deyib ki, klipdə yeni imicdə görünəcək: “ Bu mahnını artıq iki ildir ki, ifa edirəm. Amma bu yaxınlarda qərara gəldim ki, buna klip çəkdirim. Artıq klipin çəkilişlərinə başlamışıq. Klipdə yeni imicdə olacam. Obrazım üzərində stilist Sərxan işlədi. Düşünürəm ki, fərqli iş ərsəyə gələcək”.
Müğənni pəhriz saxlamağından və arıqlamasından da danışıb: “Əvvəllər də pəhriz saxlamışam. Amma yalnız idmanla on üç kilo atdım. Bir çox tanışlarım mənə reseptlər desələr də onların verdiyi pəhriz qaydaları məni arıqlatmadı. Əvvəllər altmış doqquz kilo idim. Daha sonra əlli iki kiloya düşdüm. Sonra mənə dedilər ki, çox arıq görsənirəm. İndi də üç kilo kökəlmişəm, amma arıqlayacam, əlli kilo olmaq niyyətindəyəm”.
Sevinc Musayevanın yeni şəkillərini təqdim edirik.