Müğənni Xatirə İslam ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə tətilə yollanıb.
Lent.az-ın xəbərinə görə, Əbu-Dabidən paylaşım edən Xatirə onu BƏƏ-yə ərinin apardığını deyib.
“Bizim bu səfərimizi müəllim təşkil edib. Müəllim də yanımızdadır”,- deyən Xatirə əri Fəxrəddindən “müəllim” deyə bəhs edib.
Həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə səfər edən müğənni təyyarəyə minməkdən çox qorxduğunu da qeyd edib:
"İlk dəfədir Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu”.