Uşaqlarına çox bahalı hədiyyə verən ulduz valideynlər - Nəyi neçəyə alırlar?
27 fevral 2023 13:45 (UTC +04:00)

Uşaqlarına çox bahalı hədiyyə verən ulduz valideynlər - Nəyi neçəyə alırlar?

Görəsən dünya ulduzları övladlarına nə hədiyyə edirlər? Bu hədiyyələrin qiyməti nə qədər olur? 

Lent.az bu suallara cavab tapıb.

Dünya şöhrətli müğənni Beyons qızı Ayvinin yemək yeyəcəyi masanı Svarovski qaşları ilə bəzətmişdi, uşağıın oyuncaqları və əmziyi isə qızıldan hazırlanmışdı. Bu əşyalara o 600 000 dollar xərcləmişdi. Ayvinin brilliant aksessuarlarla bəzənmiş xüsusi Barbi gəlinciyinin qiyməti isə 80 000 dollardır.

Kardi Binin qızı Kalçe ağlı kəsəndən varlı həyatın ləzzətini dadmaqdadır. Kardi qızının 2 yaşında ona “Birkin” brendindən lüks qarderob, çanta və brilliantlar hədiyyə eləmişdi. Bütün bunların ümumi məbləği 100 000 dollar idi.

 Kayli Cenner qızı Storninin ad günündə ona əyləncə parkı hədiyyə edib. Parkın tikintisi 200 000 dollara başa gəlib. Təbii ki, bununla bitmir. Balaca qıza “Hermes” firmasından 12 min dollarlıq rüqzaq, brilliant boyunbağı da bağışlanmışdı.

Salma Hayek qızına Los- Ancelesdə 12 milyon dollarlıq villa, şəxsi vizaj və manikür ustası hədiyyə edib.
Devid və Viktoriya Bekkemlər çoxuşaqlı ailə sayılırlar. Onlar 3 oğlandan sonra doğulmuş  qızları Demienaya 600 000 dollarlıq rəsm əsəri bağışlayıblar.

Coni Depp televizora çox baxmağı sevən qızı üçün 7 000 dollarlıq masaj funksiyası olan divan bağışlayıb.


 

Ser Elton Con azyaşlı oğluna 1,5 milyon dollarlıq mənzil hədiyyə edib.

Boksyor Floyd Meyvezer yeniyetmə oğluna müntəzəm olaraq bahalı maşınlar bağışlayır. Yeniyetmənin artıq  avtomobil kolleksiyası var.

Tom Kruz və Keti Holms cütlüyü qızlarının ağacda tikilmiş taxta ev istəyini reallaşdırmaq üçün 100 dollar sərf ediblər və bu evə, su, elektrik xətti də çəkdiriblər.

Meray Kerri əkizləri üçün uşaq otağının hazırlanmasına 100 000 dollar xərcləyib. Uşaqların hər birinə bağışlanmış oyuncaq Ferrari isə sadə insanların sürdüyü minik maşınlarının qiymətinədir.

# 2934
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar