“Uşaq olmadı,   Zarinanı boşadım”- Tanınmış meyxanaçı
18 oktyabr 2024 19:46 (UTC +04:00)

“Uşaq olmadı, Zarinanı boşadım”- Tanınmış meyxanaçı

Uzun illərdir birlikdə çalışan meyxanaçı, bəstəkar Tural Hüseynovla meyxanaçı - müğənni Zarina arasında sevgi münasibətlərinin olması ilə bağlı  söz-söhbətlər dolaşır.  

Onlar sevgilidirlər, yoxsa dost? 

Lent.az-ın bu sualına cavab verən Tural Hüseynov zarafatla deyib:

“Evlənmişdik, uşaq olmadı, Zarinanı boşadım”.

Tural Hüseynov bildirib ki, o Zarina ilə uzun illərdir dostluq edir, özünə doğma hesab edir.

“Zarina mənim bacım yox, qardaşımdır. Onun kişi kimi ürəyi var.  Deyilənlər hamısı boş söhbətdir. Bizi tanıyanlar necə münasibətimiz olduğunu yaxşı bilirlər”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5121
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar