Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov bir müddət əvvəl toyu olan oğlu Ümid və gəlini Fatimə ilə birgə Məşhəd ziyarətinə gedib.
Lent.az-ın məlumatına görə, nağara ifaçısı səfərdən fotolarını izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurub. Cütlüyün toyu fevralın 2-də baş tutub.