Tom Kruz şeytana ibadət edir?- Qızı onunla niyə görüşmür?
10 iyun 2024 20:41 (UTC +04:00)

Tom Kruz şeytana ibadət edir?- Qızı onunla niyə görüşmür?

Hollivud ulduzu Tom Kruzun ailəsi aktyorun fərqli dini inancına görə dağılıb. Buna görə onun qızı Suri Kruz da atasından üz döndərib.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tom Kruzun keçmiş arvadı, aktrisa Keti Holm ərinin bağlı olduğu təriqətə qarşı çıxıb. Tom Kruz bu təriqətin saxlanılması üçün hər il milyonlarla dollar ianə ayırır.

Təriqətin adı Sientoloji kilsəsidir. Təriqəti fantastik romanlar yazan L.Ron Hubbort yaradıb. Bu təriqətin üzvləri yazıçıya tanrı gözü ilə baxırlar. Təriqətin müridləri isə 75 il öncə başqa bir planetdə yaşamış insanların ruhlarının canlanıb bu dünyaya gəldiyinə inanırlar.

Bu sirli məlumatları öyrənməyə başlamaq üçün 25 min dollar ödəmək lazımdır. Başqa sözlə, bu təriqət, bu din yalnız varlılar üçündür desək, yeri var. Keti Tomla evlənmək üçün təriqətə qoşulmuş, lakin işin əslini bilincə boşanmışdı. Tom Kruzun iki ulduz aktrisa ilə olan ilk evlilikləri də bu səbəblə dağılmışdı. Keti illərlə qızının bu dini təriqətin təsiri altına düşməsi üçün çalışmış, onu atasından gizlətmişdi.

Suri 18 yaşını çoxdan tamamlasa da, atası ilə görüşmür, onun şeytana ibadət etdiyini deyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4458
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar