Bir neçə gün öncə “Komedixana”nın əməkdaşı, aktrisa Xəyalə Quliyeva plastik əməliyyatla gözünün üstündəki artıq dəri qatını götüzdürəcəyini demişdi.
Lent.az-ın xəbərinə görə, o sosial şəbəkə hesabında son görüntüsünü paylaşıb. Aktrisanın əməliyyatdan sonrakı halı birməanalı qarşılanmayıb. Bəziləri onun əvvəllər daha şirin göründüyünü, bəziləri də gəncləşdiyini yazıblar.
Xəyalə yay tətilindən sonra "Komedixana"-nın çəkiliş hazırlıqlarının başladığını bildirib.
Qeyd edək ki, Xəyalə bir müddət öncə bədənşəkilləndirmə əməliyyatı da etdirmişdi.