SİLAH BARONESSASI   - Puqaçova bu bizneslə məşğul olacaq
06 may 2022 14:28 (UTC +04:00)

SİLAH BARONESSASI - Puqaçova bu bizneslə məşğul olacaq

Məşhur sovet və Rusiya estrada ulduzu Alla Puqaçova İsraildə ticarət nişanını qeydiyyatdan keçirib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, "Primadonna" adlandırılan ticarət nişanı yeni brenddir. 

Məlumata görə, bu brend adı altında kosmetika, dron, 3D eynəklər, hamilə qadınlar üçün məhsullar, hətta silah və sursat da istehsal olunacaq.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə birlikdə ölkəni tərk edib. Hazırda onlar İsraildə yaşayır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4260
avatar

Sevinc Fərid

Oxşar yazılar