Müğənni Səyyad Əlizadə
01 oktyabr 2021 11:55 (UTC +04:00)

Müğənni Səyyad Əlizadə

Səyyad Əlizadə SON MƏNZİLƏ yola salındı - Vidaya tək bu müğənni gəldi

Müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin morqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

Lent.az-ın məlumatına görə, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb. 

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48843
avatar

Yalçın UĞUR

Oxşar yazılar