Şeyma onları bağışlamadı: 5 qadın cəzalandırılacaq...
10 avqust 2022 18:26 (UTC +04:00)

Şeyma onları bağışlamadı: 5 qadın cəzalandırılacaq...

Sosial media fenomeni Şeyma Subaşı şəxsi həyatına ağır təhqir edənlər barədə sərt addım atıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bir neçə istifadəçinin cəzalandırılmasını istəyən Şeyma məhkəməyə müraciət edib. 

Belə ki, 5 qadın istifadəçi birlikdə açdıqları müxtəlif "Instagram" səhifələrində Ş. Subaşının keçmiş sevgilisi Mohammed Alsaloussi ilə yenidən barışmasına görə təhqiredici paylaşım ediblər. Onlar fenomenin montaj olunmuş lüt şəkillərini paylaşıb "avropalı fahişə, pulu olanın məşuqəsi" kimi xeyli təhqir yazıblar. 

Bundan sonra, Şeyma həmin istifadəçilər barəsində polisə şikayət etdikdən sonra onların şəxsiyyətləri məlum olub. Məlum olub ki, qadınlar evdə ortaq hesablara dəfələrlə eyni cihazlardan giriş ediblər. Təqsirləndirilən qadınların polis bölməsində ifadələri alınıb və barələrində cinayət işi açılıb. Qadınlar Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxacaqlar. Məhkəmənin tarixi isə hələlik məlum deyil.  

Qeyd edək ki, 5 şübhəli qadın - Cansın K., İlknur R., Yeşim N., Yazgülü T. və Pınar K. verdikləri ifadədə deyiblər ki, sadəcə əylənmək üçün bunu ediblər. Yəni, hadisənin bu qədər ciddi hal alacağını düşünməyiblər. 

Xatırladaq ki, Şeyma Subaşı türkiyəli iş adamı Acun İlicalı ilə evli olub. Onların bu nikahdan Melisa adlı bir qızları var.

# 2991
avatar

Nigar Namiq

Oxşar yazılar