2015-ci ildə "Səs" şousunun iştirakçısı Emil Kadırov “Puşkin kartı” ilə 1,3 milyon rubl (15 min dollardan çox) məbləğində dələduzluqda şübhəli bilinərək saxlanılıb,
“Səlahiyyətli orqanlar müğənninin konsertlərinə dövlət hesabından şübhəli şəkildə külli miqdarda pul xərcləndiyini gördükdən sonra onunla maraqlanıblar”, - Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatda vurğulanır.
İstintaqın məlumatına görə, 31 yaşlı Kadırov və “Eldar” kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko onun saxta konsertlərini təşkil edib, biletləri “Puşkin kartları” vasitəsilə satılıb.
Tədbir keçirilməyib, kino-konsert zalı isə büdcədən transfertlər alıb.
Məlumata görə, xüsusilə böyük miqyasda dələduzluq işi açılıb.