Türkiyənin məşhur müğənnisi Serdar Ortaç üçün istənilən cəza açıqlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Serdar Ortaçın "qanunsuz mərc oyunları reklamı və təşviqi" maddəsi ilə mühakimə olunduğu işin ilk iclası keçirilib. Məhkəməyə gedəndə yeriməkdə çətinlik çəkən Serdar Ortaça 3 ilə qədər həbs cəzası istənilib.
İclasda prokuror fikirlərini açıqlayıb. Açıqlanan rəydə Serdar Ortaçın “qanunsuz mərc oynamağı təşviq etmək və reklam etmək'” ittihamı ilə 3 ilə qədər həbs cəzası tələb edilib. Məhkəmə nəzarətin qərarının ləğvi barədə qərar çıxarıb. Ortaçın vəkilləri rəyə qarşı müdafiə üçün əlavə vaxt istəyib.
Məhkəmə iclası 2025-ci il fevralın 25-nə təxirə salınıb.
Serdar Ortaç açıqlamasında deyib: "İnşallah yaxşı olar hər şey".