Səidə Sultan "açdı sandığı, tökdü pambığı"
04 iyul 2022 15:14 (UTC +04:00)

Səidə Sultan "açdı sandığı, tökdü pambığı"

Səidə "od püskürdü" - "Kimə lazımdır sənin əxlaqın? - VİDEO

"Siz kimsiniz ki, mənə əxlaqdan dərs deyirsiniz? Əxlaqlı anaların, bacıların üzündən iraq: əxlaqdan danışmaq üçün çox az adamıq".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan öz "Instagram" hesabında paylaşdığı videoda deyib. İfaçı bir müddət əvvəl həmkarı Şəbnəm Tovuzlunun "Əgər mədəniyyət, əxlaq, insanlıq geyimlə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə  insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir" sözlərinə çox qəzəblənib: 

"Bu yaxınlarda verilişə çıxdım, fikrimi bildirdim ki, Azərbaycan musiqisi o deyil. "Nanay" oxuyanlar musiqimizi pis günə qoyublar, mədəniyyətindən çıxıb. Ad da çəkmədim... 

Səhəri gördüm həmin verilişə müğənni gəlib sual verdilər, o da normal danışdı. Mahnı qaldı qıraqda, başlayıb "əxlaqlıyam, əxlaqı nümayiş etdirirəm" deməyə. Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir. Əxlaqın nə aidiyyatı var?

Guya mənə demir, amma çörəyi qulağıma yemirəm. Dedim, cavabını verməyim, vaxt gələr, cavabını üz-üzə verib başa salaram. Mahnıdan danış, kimə lazımdır sənin əxlaqın? Bununla nə xal qazanırsınız? 

Baxıram, indi də günortadan sonra arvad olmuş qız mənə deyir: əxlaqsız, narkoman. Bildim ki, cavabını verməmişəm, ayağı yer alıb. Siz kimsiniz ki, mənə əxlaqdan dərs deyirsiniz? Əxlaqlı anaların, bacıların üzündən iraq: əxlaqdan danışmaq üçün çox az adamıq. Sizin əxlaqınızın vərəqi tərtəmiz olsa, deyərəm, məni bağışlayın. Sizin vərəqinizin arxasında da, qabağında da cızıq var. 

Hansı əxlaqdan danışırsınız? Subay qızam, kiminsə ərini əlindən almamışam, kiminsə ərindən uşaq dünyaya gətirməmişəm, hansısa gəlini gözüyaşlı qoymamışam, Bu gün Şəmkir kişilərinin hesabına müğənni olmamışam.

Günortadan sonra arvad olmuş qız, evində ərin yoxdur? Ərinə hörmət etmirsən? Səninlə dostluğumuz olub, çörək kəsmişik? Bir ərinə, qayınanana, qayınatana hörmət et.

Ərinə deyirəm ki, arvadından soruş, əxlaqsızlıq edəndə bəlkə aparmışam, pul verməmişəm, bəlkə bir işim olub? Çıxıb nə ağzınıza gələni danışırsınız? Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz!". 

Qaçqınlığa gələndə isə... yaşanmış tarixi unutduracaqsan? Təhqir etmişəm? Bu nə kompleksdir düşmüsünüz? Sizin kimi ərə getməyə qalsa, yüz dəfə gedərdim. Özünə hörmət elə".

Səidə Sultan "açdı sandığı, tökdü pambığı"

# 3279
avatar

Nigar Namiq

Oxşar yazılar