Hollivud aktrisası Nikol Kidman həyat yoldaşı, kantri müğənnisi Kit Urbanla birgə həyatlarının xüsusi bayramını qeyd etdiklərini bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aşiq cütlük 25 iyun tarixində evlilik ildönümünü qeyd edib. Onlar artıq 19 ildir ki, rəsmi nikahda olan ər-arvad statusunu daşıyırlar. Bu xüsusi gün münasibətilə Nikol Kidman həyat yoldaşına həsr etdiyi paylaşımı Instagram səhifəsində edib.
Aktrisa romantik bir qara-ağ fotonu paylaşıb. Şəkildə xoşbəxt cütlük bir-birinə sevgi ilə sarılıb və bir-birinin yaxınlığından zövq alır. Kidman paylaşımında həyat yoldaşına sevgi dolu müraciətlə onu ildönümü münasibətilə təbrik edib.
“İldönümümüz mübarək, balam”, – deyə Hollivud ulduzu yazıb və qırmızı ürək emojisi əlavə edib.
Qeyd edək ki, Nikol Kidman və Kit Urban 2005-ci ildə tanış olublar, bir il sonra isə ailə qurublar. Aşiq cütlük iki qız övladı böyüdür. 2010-cu ildə Nikol qızı Sandei-ni dünyaya gətirib, həmin ilin sonlarında isə surroqat ana vasitəsilə Feys adlı ikinci qızları doğulub.
Xatırladaq ki, bu yaxınlarda ukraynalı müğənni Tonya Matviyenko da musiqiçi Arsen Mirzoyanla evlilik ildönümünü qeyd edib. Xüsusi tarix münasibətilə sənətçi onların toyunun necə keçdiyini izləyicilərə göstərib.