Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir.
Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
"Global Media Group" şirkətinin tərkibində fəaliyyət göstərən oxu.az saytı hər gün yüzlərlə xəbəri Azərbaycan, rus və türk dillərində oxuculara təqdim edir.
"APA Media Group" kollektivi "Global Media Group" ailəsini bu əlamətdar gün münasibətilə təbrik edir. Oxu.az saytına həmişə mediadakı uğurlu mövqeyini qorumağı, həmkarlarımıza isə yaradıcılıq uğurları arzu edirik.