Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında “fanat davası”
06 mart 2024 10:49 (UTC +04:00)

Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında “fanat davası”

Müğənni Şəbnəm Tovuzlu öz sosial şəbəkə hesabından həmkarı Vəfa Şərifovaya müraciət edərək, onu yalançı adlandırıb.

Lent.az-ın xəbərinə görə, Şəbnəm Vəfaya onların arasını qəsdən vuran adamlar olduğunu, Vəfanın da onların ağlına uyaraq səhvlər etdiyini deyib.

“Ay Vəfa, sənin xırdalanlı, balacaboy, “şpanka” fanatını səhvlərinə görə bir dəfə məhkəməyə verdim, ağladı, yalvardı, bağışladım, ağıllanmadı yenə verəcəm. Sənin fanatlarının d, sənin də beynini qarışdıran, sizi bu günə qoyan odur. Mənim fanatlarım sənə qarşı belə eləyə bilməzlər. Hamısı ilə danışmışam.

Götürüb mənim çoxdan sənin haqqında dediyim sözləri montaj edib  yeni kimi sənə göstərirlər, sən də çıxıb mənim haqqımda pis sözlər deyirsən. Sən guya məndən ağıllısan ki, nələrsə deyirsən? Mən də səni efirdə yalançı çıxartdım. Danışmazdan öncə bir bax, gör, araşdır, köməkçilərin yardım etsin. Sənin yanındakılar  sənə yalan deyir, sən də onlara qulaq asıb yalan danışırsan”- Şəbnəm bildirib.

Qeyd edək ki, Şəbnəmlə Vəfa dəfələrlə küsüb barışıblar. Hər dəfə  barışanda aralarındakı incikliyi sağlam rəqabət adlandırsalar da, çox keçmədən yenə aralarında soyuq küləklər əsməyə başlayır.
 

# 3183
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar