Şakira 7 ildən sonra  ilk albomunu çıxaracaq
16 fevral 2024 15:36 (UTC +04:00)

Şakira 7 ildən sonra ilk albomunu çıxaracaq

Şakira martın 22-də 12-ci studiya albomu olan “Las Mujeres Ya No Lloran” (Qadınlar artıq ağlamırlar) adlı albomunun buraxılacağını elan edib. 

Lent.az-ın xarici mediaya istinadn xəbərinə görə, bu, onun yeddi ildən sonra ilk albomu olacaq.

“Bu əsərin yaradılması kimyavi bir proses idi. Hər mahnını yazmaqla özümü yenidən qurdum. Onların ifası zamanı göz yaşlarım brilyantlara, acizliyim gücə çevrildi”, - deyə müğənni bildirib.
 

# 3624
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar