Rəşad Dağlı
19 may 2022 10:23 (UTC +04:00)

Rəşad Dağlı

Rəşad Dağlı üzr istəyib, ya yox? - Özü DANIŞIR

Meyxanaçı Rəşad Dağlı təhdid olunduğuna görə üzr istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Lent.az-ın məlumatına görə, meyxanaçı bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O, təhdid altında üzr istəməsi ilə əlaqədar yayılan iddiaları təkzib edib:

“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil. Təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.

Qeyd edək ki, Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” kimi ifadələr işlətdiyi üçün üzr istəmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9063
avatar

Oxşar yazılar