Puqaçova Moskvaya Maksimsiz qayıdır
28 may 2022 18:50 (UTC +04:00)

Puqaçova Moskvaya Maksimsiz qayıdır

Puqaçova Moskvaya qayıdır, lakin Maksimsiz

Rusiyanın Xalq artisti Alla Puqaçova İsraildən uşaqları ilə birlikdə Moskvaya qayıtmağa hazırlaşır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun həyat yoldaşı, şoumen Maksim Qalkin isə qayıtmaq niyyətində deyil.

Buna səbəb Qalkin kiçik konsert turu ilə Avstraliyaya uçacaq. O, Sidney və Melburnda olacaq. Maksim sentyabrın 5-nə kimi orada qalacaq. 

Qeyd edək ki, bundan əvvəl müğənni Alla Puqaçova uşaqlarının məktəbinə görə sentyabrda qayıdacaqlarını açıqlamışdı. İndi isə o, ilk dəfə sentyabrın 1-də övladlarını məktəbə tək aparacağını söyləyib. 

Alla Puqaçova, Maksim Qalkin və uşaqları

# 3282
avatar

Nigar Namiq

Oxşar yazılar