Hollivudu fəth etməzdən əvvəl bir çox məşhur aktyor və aktrisalar ürəklərinə tamamilə yatmayan işlərlə məşğul olublar. Onların arasında hətta porno filmlərdə çəkilməyə qərar verənlər də var. Bəziləri sizi təəccübləndirəcək.
Lent.az həmin məşhurları təqdim edir.
Cameron Diaz
19 yaşlı Kemeron Diazı super ulduza çevirən “Maska” filminə çəkilməzdən əvvəl yumşaq pornolarda rol alırdı.
David Duxovnıy
David Duxovnıy 90-cı illərin ortalarında “Qırmızı ayaqqabı gündəlikləri” adlı porno serialında rol alıb.
Helen Mirren
Helen Mirren indi planetin ən məşhur aktrisalarından biri ola bilər, lakin 1979-cu ildə o, Tinto Brassın qadağan olunmuş “Kaliqula” filmində çəkilib.
Arnold Şvarsenegger
Porno ulduzdan Kaliforniya qubernatoruna qədər rol keçən bu aktyorun maraqlı taleyi var. O əvvəllər homoseksual porno model olub və həmçinin “After Dark” jurnalı üçün çılpaq pozalar verib.
Ceki Çan
Məlum olub ki, kunq-fu Ceki Çanın kamera qarşısında üstünlük verdiyi yeganə fiziki fəaliyyət deyil. 2006-cı ildə o, pul qazanmaq üçün “Ailədə hər şey” adlı “böyüklər üçün komediya”da rol almışdı.
Silvestr Stallone
Silvestr Stallone Nyu-York küçələrində gecələyəndə porno filmində çəkilmək təklifini qəbul edib.