Övladını itirən  aparıcı Çinarədən AÇIQLAMA
13 iyun 2024 17:23 (UTC +04:00)

Övladını itirən aparıcı Çinarədən AÇIQLAMA

Bir neçə həftə sonra ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva övladını itirməsi barədə danışıb.

Lent.az xəbər verir ki, bu barədə aparıcı öz “Instagram” səhifəsində paylaşım edib:

“Bu postum izləyicilərim üçündur. Artıq xəbəriniz var hadisədən. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28 ci həftədən biz bu xəbəri bilirdik. Amma "şansımız var" deyirdik. Həkimim ilk gündən sona kimi yanımda oldu. Doplerə qalanda artıq görünəndə gec idi. Mən də dedim ki, usaq qalsın. Əməliyyat edək, bəlkə 5 faiz şansı olar yaşamağa. Yenə də hər şey Allahın əlindədir. Deməli, belə olmalı imiş.

Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Amma məni başa düşən düşər bir ana kimi, sona kimi övladımı xilas edib əməliyyata kimi dəyərli və savadlı həkimlərimiz etdi. Klinikada bütün kollektiv hamısı bizə yardım etməyə çalışdı. Bu günləri unutmaram. Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. İlk növbədə hər dəqiqə yanımda olan həyat yoldaşım və anama təşəkkür edirəm. Biz çox böyük sınaqdan keçdik. Səbir, səbir! İzləyicilərim, sizə də təşəkkürümü bildirirəm, çünki sizin sevginizi gördüm”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar