Bakıda DƏHŞƏT:  yolu keçən qadını maşın vurub öldürdü
04 sentyabr 2025 09:23 (UTC +04:00)

Bakıda DƏHŞƏT: yolu keçən qadını maşın vurub öldürdü

0

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

2005-ci il təvəllüdlü Zeynalov Tofiq Hacıdadaş oğlu istifadəsində olan “Ford Tranzit” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar