“Oskar”  mükafatlarının təqdimatında  yaşanan  maraqlı anlar
05 aprel 2024 17:06 (UTC +04:00)

“Oskar” mükafatlarının təqdimatında yaşanan maraqlı anlar

Lent.az dünyanın ən nüfuzlu kino mükafatı sayılan “Oskar”ın təqdimat mərasimində  yaşanmış kuryoz hadisələrdən bəziləri barədə məlumat verir.

Hollivud ulduzu Uill Smit 2022-ci ildə səhnəyə çıxıb aparıcını döymüş və təhqir etmişdi. Buna səbəb aparıcının onun keçəl xanımına lağ etməsi olmuşdu. Bundan sonra Amerika Kino Akademiyası Uill Smitə on il müddətində təşkilatın himayəsi altında keçirilən “Oskar” və digər tədbirlərdə iştirakına qadağa qoyub. 

2013-cü il Oskar mükafatı mərasimində Cennifer Lourens uzun paltarında qarışıb və pilləkənlərdən yıxılıb. Aktrisa mikrofonun qarşısına çıxanda tamaşaçılar onu ayaq üstə alqışlayıblar.

Rami Malek 2019-cu il “Oskar” mükafatlandırma mərasimindəki qələbəsi üçün o qədər həyəcanlı idi ki, pilləkənlərlə enərkən yerə çırpılmışdı. 

Saşa Baron Cohen 2013-cü ildə  əlil arabasında oturan yaşlı aktrisanı səhnədən  qəsdən itələyərək atıb və özü də yıxılıb. 

2012-ci ildə mərasimi zamanı Meril Streep mükafatını almaq üçün səhnəyə gedərkən ayaqqabısını salıb itirib və səhnəyə ayaqyalın çıxıb. Aktyorlardan biri onun ayaqqabısını gətirərək səhnədə ayağına geyindirib.

Emma Stoun səhnəyə çıxarkən libasının tikişləri arxadan partlayıb və o buna rəğmən mükafatını gülərək alıb.

Aktrisa Liza Koşinin uzun qırmızı libası çox  hündür platforma ayaqqabılarına ilişincə o kameraların önündə yerə sərilib.
 

# 3897
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Britni Spirs çimərlikdə foto paylaşdı

Britni Spirs çimərlikdə foto paylaşdı

24 may 2024 , 03:20
Məşhur aktrisa 60 kilo ARIQLADI

Məşhur aktrisa 60 kilo ARIQLADI

23 may 2024 , 20:37
 "Sənin köməyinə ehtiyacım var"  : Cennifer Lopez

"Sənin köməyinə ehtiyacım var" : Cennifer Lopez

23 may 2024 , 18:45
Məşhur aktyora  1 milyonluq   TƏKLİF: Şam yeməyi üçün

Məşhur aktyora 1 milyonluq TƏKLİF: Şam yeməyi üçün

23 may 2024 , 17:17
Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını  PAYLAŞDI

Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını PAYLAŞDI

23 may 2024 , 12:20
Məşhur model çimərlik geyimində -  FOTO

Məşhur model çimərlik geyimində - FOTO

22 may 2024 , 21:53
 "Yalan biabırçılıq"   - Puqaçova yeni mahnısına klip çəkdirdi

"Yalan biabırçılıq" - Puqaçova yeni mahnısına klip çəkdirdi

22 may 2024 , 19:25
Məşhur aktyor jurnalisti  DÖYDÜ

Məşhur aktyor jurnalisti DÖYDÜ

22 may 2024 , 15:49