Oktyabrın 17-də evində ölü tapılan “Avropa Yakası”, “Səksənlər” kimi seriallarda çəkilmiş aktyor Vural Çelikin dəfn mərasimində Serhat Kılıc, Gülse Birsel və Ata Dəmirer olmaqla bir çox aktyor dostu iştirak etməyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kılıç dəfn mərasiminə günlər sonra qatılmamasının səbəbini açıqlayıb.
Müxbirlərin suallarını cavablandıran aktyor Serhat Kılıç deyib: “Vuralla həyatındakı münasibətimiz fərqlidir. O. mənim komanda yoldaşım idi, dostum deyildi”.
Qeyd edək ki, ölümündən öncə Vural Çelik Gülse Birsel və Ata Demirel haqqında da xoş olmayan sözlər işlətdiyinə görə aralarında inciklik yaranmışdı.
Gülse Birsel komanda yoldaşı öləndə ona rəhmət diləməmiş, sadəcə “kaş nə danışdığını biləydi” demişdi.