Nigar Camal polisə verdiyi şəxsi BAĞIŞLADI
30 mart 2024 13:58 (UTC +04:00)

Nigar Camal polisə verdiyi şəxsi BAĞIŞLADI

3-4 həftə öncə müğənni Nigar Camal öz adından “TikTok” video platformasında açılmış saxta hesabla bağlı polisə müraciət etmişdi. 

Lent.az xəbər verir ki, müğənni öz sosial şəbəkə hesabında həmin şəxsi bağışladığını açıqlayıb.  

“Bir müddət öncə adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm”, - deyə, müğənni yazıb.

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs “TikTok” video platformasında Nigar Camalın adından pərəstişkarlarına mesaj yazaraq, fotolarını istəyib. Bundan sonra isə onları şəkilləri ilə şantaj edərək, pul tələb edib.


 

# 2526
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar