Nazilə Səfərli görün nədən  mürəbbə   bişirdi
07 may 2024 16:27 (UTC +04:00)

Nazilə Səfərli görün nədən mürəbbə bişirdi

Şairə Nazilə Səfərli akasiya ağacının çiçəklərindən mürəbəb bişirib.

Lent.az-ın xəbərinə görə, o akasiya çiçəyi mürəbbəsinin çox faydalı və xoş ətirli olduğunu və estetik cəhətdən xoş göründüyünü bildirib.

Qeyd edək ki, şairə xanım tez- tez sosial şəbəkə hesabında faydalı  bitkilərlə bağlı paylaşım edir.

Akasiya çiçəyi mürəbbəsini hazırlamaq üçün 200 qram akasiya çiçəyi, 900 qram şəkər tozu qatılaraq hazırlanmış qaynar şərbətə töküb bişirmək lazımdır. Mürəbbənin hazır olması şərbətin qatışlaşaraq mət halına düşməsi ilə bəlli olur.

Akasiya çiçəyi mürəbbəsi sinir yorğunluğunu aradan qaldırır, nəfəs darlığında kömək edir, immun sistemini gücləndirir, xolesterini aşağı salır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14493
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar