Müşviq Şahverdiyevdən Fərdaya CAVAB:  “Düz danışmır”
19 yanvar 2023 16:26 (UTC +04:00)

Müşviq Şahverdiyevdən Fərdaya CAVAB: “Düz danışmır”

“Aktyor kimdir? Aktyor üzdənirağın da, əxlaqsızın da, şərəfsizin də, lap yeri gələndə erməninin də obrazına girə bilər. Kişi aktyor qadın kimi də səhnəyə çıxar. Aktyorun işi budur”.

Bu sözləri Lent.az-a açıqlamasında tanınmış aktyor Müşviq Şahverdiyev Fərda Aminə mesaj olaraq deyib. Qeyd edək ki, ötən günlərin birində Fərda qadın paltarında rol aparan aktyorlara söz atıb: “Sözünün kəsəri varsa, xanım geyimində səhnəcik göstərməyə lüzum yoxdur”. 

Müşviq Şahverdiyev isə ona belə cavab verib:

“Fərda Amin dostumdur, illərlə çiyin-çiyinə çalışmışıq. 20 ildən çoxdur ki, münasibətimiz əladır. Fikir söyləmək müstəqildir. Amma burada sənətdən söhbət gedirsə, o, düz danışmır. Onun dedikləri ilə qəti şəkildə razı deyiləm. Teatr məktəbi deyiləndə indiyə qədər adı dillərdə əzbər olan Hüseyn Ərəblinski Azərbaycanda ilk dəfə qadın paltarında rol aparan aktyor olub. Böyük sənətkarlarımız Rəfael Dadaşov və Yaşar Nuri qadın paltarında oynayıblar. Biz onlardan artığıq? Heç onların gördüyü məktəbi indiki aktyorlar keçməyib. Aktyor kimdir? Aktyor üzdənirağın da, əxlaqsızın da, şərəfsizin də, lap yeri gələndə erməninin də obrazına girə bilər. Kişi aktyor qadın kimi də səhnəyə çıxar. Aktyorun işi budur da. Bu, bizim şərəf və ləyaqətimizə ayıb gətirəcək bir şey deyil”. 
 

# 17547
avatar

Nigar Namiq

Oxşar yazılar