Musiqi xəstələrə necə təsir edir? - AÇIQLANDI
22 oktyabr 2024 15:26 (UTC +04:00)

Musiqi xəstələrə necə təsir edir? - AÇIQLANDI

Populyar melodiyalar, yüksək ritmlər insanlara cərrahi əməliyyatdan sonra daha yaxşı sağalmağa kömək edir.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, koliforniyalı alimlərin yeni araşdırmaları belə deməyə əsas verib.

Alimlər müəyyən ediblər ki, musiqi dinləmək əməliyyatdan sonra oyanan xəstələrdə narahatlıq, ağrı və ürək döyüntülərini azaldır.

Təcrübədə iştirak edən musiqi dinləyən xəstələr dinləməyənlərə nisbətdə morfin miqdarının yarısından azını tələb edib.

Musiqi dinləyən xəstələrdə əməliyyatdan sonrakı gün ağrı və narahatlıq əhəmiyyətli dərəcədə azalıb. Tədqiqatçılar hesab edirlər ki, musiqi dinləmək stress hormonu olan kortizol səviyyəsinin azalmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar