"Meyxana efirə ayaq açmamalıdır" - Xalq artistindən QALMAQALLI SÖZLƏR
09 mart 2022 17:19 (UTC +04:00)

"Meyxana efirə ayaq açmamalıdır" - Xalq artistindən QALMAQALLI SÖZLƏR

Xalq artisti Mələkxanım Əyyubova bayağı mahnılar ifa edənləri tənqid edib.

Lent.az-ın məlumatına görə, xanəndə  "10-da görüşək" verilişində bildirib ki, yeni yazılan mahnılar ərəb musiqisinə bənzəyir. "Bizim mahnılar muğamdan yaranıb. Müasir, estrada musiqisi yazan bəstəkarlar o kökdən bəhrələnib. Bilmirsən ərəbdir, nədir.

Meyxananın öz yeri var. Bu cür mahnılar efirə ayaq açmamalıdır. Bu da evdən, valideyndən irəli gəlir. Sonrası məktəb, ali məktəb və sahib olduğu peşədəndir". 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4968
avatar

Yalçın UĞUR

Oxşar yazılar