Mətanət Əsədova onu söydürən məşhuru ifşa etdi
03 may 2024 12:00 (UTC +04:00)

Mətanət Əsədova onu söydürən məşhuru ifşa etdi

“Elə bir dövrdə yaşayırıq ki, “fake” səhifələrdən yazanları 5 dəqiqə içində hüquq mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can- can edir, amma social şəbəkələrdə pulnan adam tutub məni söydürür”.

Lent.az-ın xəbərinə görə, bu fikirləri “Xəbərin var?” maqazin verilişində müğənni Mətanət əsədova səsləndirib.

“Bunları kim edirsə o şəxsi tanıyıram. Sənət camiyasındadır. Məni toylardan “vurdurur”. Üzümə gülüb “Can  can” deyir. Amma bilmir ki, mənə elədiklərinin hamısını bilirəm. Mən hər şey çox gözəl bilirəm”- o bildirib.
Müğənni ona saxta profillərdən təhqir yazanlara xəbərdarlıq edərək, belə iş görənlərin cəzasız qalmadığını vurğulayıb.

“Bu hadisə çoxdan olub. O şəxs uşaq idi. 19-20 yaşı vardı. Onun üzünə baxanda əxlaqdan və tərbiyədən başqa nə desən var. O haqqımda sosial şəbəkələrdən paylaşımlar edərək şərh bölməsinə “Mən Mətanəti tanıyıram. Mən Mətanətin filankəsənini tanıyıram...”. Söyüşün biri bir qəpik. Necə təhqirlər yazmışdı. Ona 10 dəqiqə vaxtımı ayırdım. Hüquq mühafizə orqanları onu tapdılar. 6 ay həbsdə yatdı. Bunu ona etdirən adamın adını da çəkdi. Öz sənət yoldaşım imiş”- deyə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4785
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar