Rusiyalı müğənni Avraam Russo restorandan necə qaçmasından danışıb.
Lent.az-ın xəbərinə görə, müğənni verdiyi müsahibədə klub və restoranlarda çıxış edən müğənnilərin hər hadisəyə hazırlıqlı olmasının vacibliyindən danışıb.
“Çünki qonaqlar arasında insident ola bilir. Bir dəfə səhnə aldığım klubda dava düşdü. Anladım ki, sağ qalmaq üçün aradan çıxmalıyam. Təhlükəni hiss etdim, qorxdum, qaçdım”,- deyə o bildirib.