Məşhur müğənni maliyyə fırıldağında  ittiham olunur
28 iyul 2022 06:33 (UTC +04:00)

Məşhur müğənni maliyyə fırıldağında ittiham olunur

İspaniyada maliyyə fırıldağında ittiham olunan kolumbiyalı müğənni Şakira Barselona prokurorluğu ilə əməkdaşlıqdan imtina edib. 

Lent.az-ın xəbərinə görə, müğənni təqsirsiz olduğunu bildirərək işə Barselona məhkəməsində baxılmasını istəyir.

Bununla belə, vəkillər məhkəməyədək prokurorluqla razılığa gəlmənin mümkün olduğunu bildiriblər. Prokurorluq isə işi hələ məhkəməyə göndərməyib.

Şakira mətbuata açıqlamasında bildirib ki, qastrollar zamanı əldə etdiyi gəlirdən İspaniyada 17,2 milyon avro vergi ödəyib və bu ölkəyə heç bir borcu yoxdur.

Prokurorluq isə məşhur müğənninin 2012-2014-cü illər üzrə 14,5 milyon avronu vergidən gizlətdiyini iddia edir. 
 

# 2370
avatar

Oxşar yazılar