Məşhur müğəninin konsert biletlərinin qiymətinə baxın... - VİDEO
22 iyul 2022 19:29 (UTC +04:00)

Məşhur müğəninin konsert biletlərinin qiymətinə baxın... - VİDEO

Bu yaxınlarda ilk mahnısını təqdim edən məşhur aktrisa Merve Boluğur məkanlarda səhnəyə çıxmağa başlayıb.

Lent.az xəbər verir ki, dünən Nişantaşında məkanların birində ilk dəfə performans göstərən Merveni izləməyə gələnlər adambaşı 2500 türk lirəsi(239 manat) ödəyib. 

Aktrisanın makiyajı, yaşıl, uzun əlbisəsi və rəqsi sosial şəbəkələrdə xeyli müzakirə olunub. Səhnə arxası jurnalistlərin suallarını cavablayan gözəl oyunçu deyib ki, bu gecə müğənni kimi yox, dicey kimi çıxış edəcək. 

Bundan başqa, o, bildirib ki, adambaşı 2500 TL alınması xəbəri yalandır:

"Sosial mediada çıxan ödəniş məsələsi tamamilə yalandır. Məkana giriş pulsuzdur, onsuz da müdiriyyət bu gecə üçün çox əziyyət çəkib. Məni izləmək ödənişsizdir".

Qeyd edək ki, Merve Boluğur "Muhteşem Yüzyıl" serialında "Nurbanu" obrazını, "Kuzey Güney" serialında "Zeynep", "Acemi Cadı"da "Ayşegül" obrazları canlandırıb. 

Merve Boluğur və keçmiş həyat yoldaşı Murat Dalkılıç

Merve Boluğur canlı performans göstərdi

# 5349
avatar

Nigar Namiq

Oxşar yazılar