Məşhur cütlük BOŞANIR : Evlərini ayırdılar
30 mart 2023 14:23 (UTC +04:00)

Məşhur cütlük BOŞANIR: Evlərini ayırdılar

Məşhur model Ebru Şallı ilə iş adamı Uğur Akkuşun 4 illik evliliyi sona çatır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, evlilik problemləri ilə zaman-zaman gündəmə gələn türkiyəli model Ebru Şallı və Uğur Akkuşun 1 ay əvvəl evlərini ayırdığı ortaya çıxıb.

Birlikdəliklərinə hər dəfə yeni şans verən cütlük bu dəfə boşanmaqda qərarlıdır. Fikir ayrılıqlarına görə boşanmaq qərarına gələn cütlük tezliklə məhkəməyə müraciət edəcək. Evliliklərini razılaşma yolu ilə bitirmək istəyən cütlüyün vəkillərinə boşanma protokolu hazırlatdırdığı və bu səbəbdən prosesin uzandığı öyrənilib.

Ebru Şallı ayrılıq xəbəri ilə bağlı sosial media hesabında bu açıqlamanı yayıb:

“Bunları xəbərə əsasən yazmaq istədim. Hələ boşanma işi açılmayıb. Hər evlilikdə olduğu kimi, aramızda da fikir ayrılıqları olur”.

Uğur Akkuşun ötən aylarda nəqliyyatda hərəkətdə olarkən avtomobilində Ebru Şallıya qarşı zorakılıq tətbiq etdiyi iddia edilib. Hadisə şahidi “Maşında həm şifahi, həm də fiziki zorakılığa məruz qalıb. Təcili yardım çağırılanda qadının Ebru Şallı olduğunu anladıq”, - deyib.

# 2544
avatar

Fidan İlqar

Oxşar yazılar