Məşhur aktyorun keçmiş arvadı onun  sərvətinin yarısını aldı
25 iyun 2022 15:31 (UTC +04:00)

Məşhur aktyorun keçmiş arvadı onun sərvətinin yarısını aldı

Arnold Şvartseneggerin keçmiş həyat yoldaşı Mariya Şrayver boşandıqdan sonra aktyorun sərvətinin yarısını, o cümlədən pensiya yığımlarını alıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Arninin 66 yaşlı keçmiş həyat yoldaşı məhkəmənin qərarı ilə 74 yaşlı Şvartseneggerin birlikdə yaşadıqları müddətdə qazandığı pulun yarısını almaq hüququna malikdir. Bu barədə “US Magazine” məhkəmə qərarına istinadən xəbər verir.

Kaliforniya keçmiş qubernatoru Arnold Schwarzenegger və Mariya Şrayver 2021-ci ildə, ayrıldıqdan 10 il sonra rəsmi olaraq boşanıblar.

Jurnalistlərin yazdığı kimi, onların boşanması dəyəri 400 milyon dollar olan birgə əldə edilmiş əmlakın bölünməsindəki çətinliklər və həmçinin "hər iki tərəfin motivasiyasının olmaması" səbəbindən gecikib.
 

# 3726
avatar

Oxşar yazılar