Məşhur aktyor  yeni sevgili   tapıb - İDDİA
13 sentyabr 2022 17:54 (UTC +04:00)

Məşhur aktyor yeni sevgili tapıb - İDDİA

“Titanic”, “The Wolf of Wall Street” kimi bir çox məşhur filmlərdə yaddaqalan performanslar sərgiləyən amerikalı aktyor Leonardo di Kaprio şəxsi həyatı ilə yenə gündəmə gəlib. 

Lent.az xəbər verir ki, 47 yaşlı aktyorun adı 27 yaşlı amerikalı model Gigi Hadid ilə birgə çəkilir. 

Onlara yaxın mənbələr iddia edir ki, cütlük bir-birini “tanımaq” üçün vaxt keçirir. “Us Weekly”  maqazin dərgisinin məlumatına görə, Leo Gigiyə göz dikib, ancaq Gigi ona qarşılıq vermək istəmir. 

“InTouch” saytı isə iddia edir ki, keçən həftə Leo və Gigi bir neçə dəfə görüşüb, amma ciddi bir münasibət qurmayıblar.

Onlar bir neçə il öncə tanış olublar və bir-birilərinə qarşı simpatiyalarının olduğu bildirilir. Hətta modelin aktyoru dost kimi gördüyü iddia olunsa da, tam da Giginin istədiyi – möhtəşəm və cazibədar bir tipdə olduğu deyilir.

Xatırladaq ki, aktyor Leonardo di Kaprio bu yaxınlarda model sevgilisi Camila Morrone ilə ayrılıb. Di Kaprionun 25 yaşdan kiçik qızlarla maraqlanmadığı iddiaları çox danışılır.

Qeyd edək ki, model Gigi Hadidin müğənni Zayn Malikdən bir qızı var. Onlar keçən il ayrılıb, hətta Zaynın onunla yenidən barışma cəhdləri bir neçə dəfə boşa gedib.

Zayn Malik və Gigi Hadid

# 3921
avatar

Nigar Namiq

Oxşar yazılar