Esra Akkaya Bodrumda “karavan”da tətili edir
Türkiyənin tanınmış aktrisası Esra Akkaya bu dəfə yay tətilini 5 ulduzlu oteldə yox, “karavan”da keçirir.
Lent.az xəbər verir ki, Bodrumda kamp quran sənətçi sosial media hesabında təbiət qoynunda keçirdiyi istirahət anlarını paylaşaraq, “Kamp mənim üçün ən gözəlidir” şərhini əlavə edib. Aktrisanın bu paylaşımı təbiətsevər izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.