Meqan Marklın geyindiyi ən bahalı  paltarın qiyməti açıqlandı
01 yanvar 2023 19:18 (UTC +04:00)

Meqan Marklın geyindiyi ən bahalı paltarın qiyməti açıqlandı

0

Meqan Marklın ötən ilki qarderobunun dəyəri açıqlanıb.

Lent.az xəbər verir ki, qarderobunun qiyməti 6,7 milyon rubl (təxminən 141 min 718 manat) olub.

2022-ci ildə aldığı geyim və zərgərlik məmulatlarının ümumi qiyməti 78,9 min funt sterlinq (6,7 milyon rubl) olub. Bu da 2021-ci illə müqayisədə 20 min funt sterlinq (1,7 milyon rubl) çoxdur.

Meqanın ən bahalı imici 12 min funt-sterlinq (milyon rubl) dəyərində “Cartier” zərgərlik evinin boyunbağı ilə birlikdə “Khaite” brendinin geyindiyi 620 funt-sterlinq (53 min rubl) kombinezon olub. Ayaqqabı kimi o, 595 funt sterlinqə (51 min rubl) məşhur lüks brend Manolo Blahnik-in hündürdaban ayaqqabılarını seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3128

Oxşar yazılar