“Məni çuxurdan çıxardılar,  onlar olmasaydı ölərdim” – Müğənni
03 sentyabr 2024 18:59 (UTC +04:00)

“Məni çuxurdan çıxardılar, onlar olmasaydı ölərdim” – Müğənni

Müğənni Vüsal Hacıyev şəxsi həyatı ilə bağlı çox maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni teleproqramlardan birində bir neçə il öncə Hepatit C xəstəliyinə yoluxduğunu, buna görə də bir çox dostlarının ondan üz çevirdiyini deyib.

“2012-ci ildə qanımdan analiz verərkən təsadüfən qorxulu virus aşkarlandı. Hamı məndən uzaq durmağa çalışırdı. Bunu hiss etmək ürəyimi ağrıdırdı. Ağır günlər keçirdim.

Gedib bir il İranda qaldım.Yalnız anamla atam yanımda oldu. Onlar olmasaydı, yəqin ki, həyatda olmazdım. Məni çuxurdan çıxardılar”, -  müğənni bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar