Manaf Ağayev Xalq artisti ilə birlikdə zirvəni fəth edib. Belə ki, Xalq artisti Mənsum İbrahimov və müğənni Manaf Ağayev birlikdə Elbrus dağına qalxıblar.
Lent.az-ın xəbərinə görə, bu barədə Manaf Ağayev ös sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, xanəndə ilə birlikdə Böyük Qafqaz sıra dağlarının şimalında yerləşən və Rusiyanın ən yüksək dağ zirvəsi sayılan Elbrus dağına gediblər. Onlar dağın zirvəsinə kanat yolu ilə qalxıblar.