Serj Sarqsyan 3 milyon dollar  rüşvət alıb?
29 may 2025 20:44 (UTC +04:00)

Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb?

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyana qarşı 3 milyon dollara yaxın rüşvət alma ittihamı ilə cinayət işinə dair materiallar ittiham aktı ilə birgə məhkəməyə təqdim olunub.

Lent.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

İttiham aktına əsasən Serj Sarqsyan sahibkar Silva Ambarcumyandan ona məxsus şirkətin satışı ilə bağlı prosesə mane olmamaq məqsədilə vasitəçilər yolu ilə rüşvət alıb.

Pulun 2 milyon 660 min dollarlıq hissəsi nağd, 325 min dollar isə bank yolu ilə köçürüldüyü iddia olunur.

Bu iş üzrə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan və iş adamı Samvel Mayrapetyan da ittiham olunur.

Qeyd edək ki, Mikael Minasyan Serj Sarqsyanın kürəkənidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar