Hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞDÜ
29 may 2025 13:14 (UTC +04:00)

Hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞDÜ

Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar