Gəncədə güclü külək hasarı uçurdu,  iki maşın əzildi
29 may 2025 18:46 (UTC +04:00)

Gəncədə güclü külək hasarı uçurdu, iki maşın əzildi

Gəncədə güclü külək fəsadlar törədib.

Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazində yerləşən avtomobil emalatxanasının hasarını uçurub.

Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan "VAZ 2107" markalı maşın yararsız hala düşüb, "Hyundai" avtomobilinin ön hissəsi əzilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar